“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxıb.
“Ağ-qaralar” Sarayevoda “Jelezniçar”ın qonağı olub. 14-cü dəqiqədə meydan sahibləri hesabı açıblar. Cenan Haraçiç fərqlənib. Fasilə ərəfəsində tarazlıq bərpa olunub. 44-cü dəqiqədə Aleksandr Kosoriçin avtoqolundan sonra hesab bərabərləşib. Lakin ilk yarının sonuna yaxın meydan sahibləri yenidən üstünlük qazanıblar. Cozef Amoa diqqət mərkəzinə düşüb. Fasilədən sonra da azarkeşlər gərgin mübarizə izləyiblər. “Neftçi” sona yaxın məğlubiyyətdən xilas ola bilib. Rəhman Hacıyevin 2-ci hissəyə əlavə olunan 5-ci dəqiqədə vurduğu qol yekun nəticəni müəyyənləşdirib: “Jelezniçar” – “Neftçi” 2:2. Komandalar arasında cavab oyunu avqustun 3-də olacaq.